» » » Nazim Babayev: "Sübut etmək istəyirdim ki, legionerə ehtiyac yoxdur, mən varam!" (MÜSAHİBƏ)

Nazim Babayev: "Sübut etmək istəyirdim ki, legionerə ehtiyac yoxdur, mən varam!" (MÜSAHİBƏ)

Nazim Babayev: "Sübut etmək istəyirdim ki, legionerə ehtiyac yoxdur, mən varam!" (MÜSAHİBƏ)Hal-hazırda ölkəmizdə davam edən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız tarix yazmaqda davam edir. Belə idmançılarımızdan biri də  yüngül atletika yarışlarında ölkəmizi təmsil edən və üçtəkanla tullanma yarışlarında ölkəmizə qızıl medal qazandıram Nazim Babayevdir.
Premyer.az Nazim Babayevlə müsahibəni diqqətinizə çatdırır:
 
-         Nazim, ilk öncə səni parlaq qələbə qazanmağın münasibəti ilə təbrik edirik və öz çıxışını dəyərləndirməni istərdik
-          Bu qələbə mənim üçün çox prinsipial bir qələbə idi, çünki legioner "azərbaycanlı” ilə yarışırdım öz növümdə (Red. Digər təmsilçimiz Aleksis Kapello gümüş medalın sahibi oldu).
 
-         Və nəticədə qalib gəlməyi bacardın...
-          Doğma azarkeşlər və doğma divarlar önündə yarışırdım. Sübut etmək istəyirdim ki, legionerə ehtiyac yoxdur, mən varam! Bunu da şükür Allaha olsun ki, sübut etdim, qalib gəldim və bunun üçün çox sevinirəm. Məqsədimə nail oldum. 6 aylıq hazırlığım boşa getmədi.
 
-         Rəqiblərin haqqında nə deyə bilərsən?
-          Əsas rəqibim komanda yoldaşım Aleksis idi. Rəqabət var idi. Hətda yarış vaxtı elə oldu ki, üçüncü pilləyə düşdüm, amma özümü toplaya bildim və öz emosiyalarıma qalib gəldim.
 
-         Yarışdan qabaq öz önündə hansı məqsəd qoymuşdun?
-          Ancaq qızıl medal haqqında düşünürdüm, çünki bunun üçün hazırlaşmışdım. Fikrimdə ancaq qızıl medal qazanmaq var idi və buna da nail oldum.
 
-         Müxtəlif idman növlərində milli komandamıza əcnəbilər dəvət olunur. Buna necə baxırsan?
-          Çox idman növlərində Azərbaycan komandasında legionerlər çıxış edir. Və təkcə mən yox, digər yerli komanda yoldaşlarım da sübüt etdi ki, biz varıq və həmişə olacağıq!
 
Müsahibə və Foto: Rauf İSKƏNDƏROV / PREMYER.AZ
121