» » » Azərbaycan boksçuları bu gün 6 finalın 3-də qalib gəldi

Azərbaycan boksçuları bu gün 6 finalın 3-də qalib gəldi

Azərbaycan boksçuları bu gün 6 finalın 3-də qalib gəldiBu axşam İslam Həmrəyliyi Oyunlarının boks turnirində bir neçə çəki dərəcəsində final döyüşləri keçirilib.
Premyer.az xəbər verir ki, Azərbaycanın 6 dəri əlcək ustası həlledici qarşılaşmada iştirak hüququ əldə etmişdi. İlk olaraq rinqə 60 kq-da Cavid Çələbiyev çıxıb və İraq boksçusu Ammar Kərbəlaiyə qalib gələrək komandamıza bu növdə ilk qızıl medalı qazandırıb.
Finala vəsiqə əldə etmiş digər 5 boksçumuzdan daha 2-si rinqi qalib tərk edib: 91 kq çəki dərəcəsində Teymur Məmmədov Türkiyə idmançısı Burak Akşini, çəkisi 91 kq-dan yuxarı atletlərin mübarizəsində isə Məhəmmədrəsul Məcidov Suriya boksçusu Manaf Asaadı məğlubiyyətə uğradaraq "Bakı-2017”nin çempionu olub.
Finala çıxmış boksçularımızdan üçü isə gümüş mükafatla kifayətlənib: 69 kq-da Tamerlan Abdullayev Özbəkistan idmançısı Bobo-Usman Baturova, 75-də Kamran Şahsuvarlı Qazaxıstan təmsilçisi Tursunbay Kulaxmetə, 81 kq çəkidə isə Rauf Rəhimov Türkmənistan boksçusu Aslanbek Açilova uduzub.
Sonda qeyd edək ki, ölkəmizi 56 kq çəki dərəcəsində təmsil edən Tayfur Əliyev yarımfinalda məğlub olaraq yarışı bürünc medulla başa çatdırıb.
163