» » » Radik İsayev İslamiadada ölkəmizə 50-ci qızıl medalı qazandırdı!

Radik İsayev İslamiadada ölkəmizə 50-ci qızıl medalı qazandırdı!

Radik İsayev İslamiadada ölkəmizə 50-ci qızıl medalı qazandırdı!İslamiadada kişilər arasında taekvando yarışında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Radik İsayev finalda özbəkistanlı Dmitri Şokinə qalib gələrək qızıl medala sahib olub.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda rəqibini qızıl xalla məğlubiyyətə uğradan R.İsayev IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Bu çəki dərəcəsində bürünc medalları İran idmançısı Hosseyn Qorbanzadeh və iordaniyalı Həmzə Kattan aktivlərinə yazdırıblar.
İlk görüşdə pakistanlı Şah Adilə 34:8 hesabı ilə qalib gələn R.İsayev yarımfinalda iordaniyalı Həmzə Kattanı mübarizədən kənarlaşdırıb.
"Bakı-2015” birinci Avropa Oyunlarının çempionu olan idmançımız bu qələbəyə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Şöhrət” ordeni ilə təltif edilib. Rio Olimpiadasının çempionu olan R.İsayev Azərbaycan taekvandosu tarixində ilk Olimpiya qızılını komandamızın aktivinə yazdırıb.
67