» » » Qadın voleybolunda Azərbaycan - Türkiyə finalı!

Qadın voleybolunda Azərbaycan - Türkiyə finalı!

Qadın voleybolunda Azərbaycan - Türkiyə finalı!Mayın 17-də "Bakı Crystall Hall”da voleybol yarışlarının yeddinci günündə qadınların mübarizəsinin finalçıları məlum olub.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, gün ərzində dörd görüş oynanılıb. Kişilərin mübarizəsində "A” qrupunda yer alan Pakistan və Fələstin yığmaları qarşılaşıblar. Pakistan millisi hər üç setdə böyük fərqlə qalib gəlib - 25:8, 25:16, 25:15.
Bu qrupun digər oyununda Azərbaycan millisi qrup mərhələsi çərçivəsində sonuncu görüşünü keçirib. Görüşdə üstün oyun nümayiş etdirən milli komandamız hər üç seti qələbə ilə başa vurub - 25:21, 25:22 və 25:22.
Daha sonra qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib. Azərbaycan yığma komandası Tacikistan millisinə 3:0 (25:6, 25:10, 25:6) hesabı ilə qalib gəlib.
İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:9, 25:14, 25:12.
Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar.
Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.
162