» » » 6 boksçumuz İslam Oyunlarının finalında!

6 boksçumuz İslam Oyunlarının finalında!

6 boksçumuz İslam Oyunlarının finalında!IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal mərhələsi başa çatıb. Yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. M.Məcidov 4:0 hesabı ilə qalib gəlib.
O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.
Qeyd edək ki, mayın 18-də keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub.
105