» » » Bakı-2017: Bu gün 5 taekvondoçumuz mübarizəyə qoşulur

Bakı-2017: Bu gün 5 taekvondoçumuz mübarizəyə qoşulur

Bakı-2017: Bu gün 5 taekvondoçumuz mübarizəyə qoşulurMayın 17-də IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarının ikinci gününə start verilib.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışların ikinci günündə kişilər arasında 68, 80 kiloqram və 87 kiloqramdan yuxarı, qadınların mübarizəsində 49, 67, 73 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında tatami üzərinə çıxırlar.
Azərbaycanın beş idmançısı bu gün medallar uğrunda mübarizəyə qoşulacaq.
İslamiadada kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən birinci Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının və klublararası qitə çempionatının qızıl medalçısı Ayxan Tağızadə (68 kq) Nurmurat Berkeliyev (Türkmənistan) – Rohullah Nikpa (Əfqanıstan) qarşılaşmasının qalibi ilə gücünü sınayacaq.
XXXI Rio Yay Olimpiya Oyunlarının bürünc medalcısı Milad Beigi Hərçəqani (80 kq) isə Ljaz Ahmad (Pakistan) – Majed Almabruk (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə görüşəcək.
Digər taekvondoçularımızdan yarışda səkkizdəbir finalda mübarizə aparacaq "Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı və dünya çempionu, "Bakı-2017”in idmançı səfiri Radik İsayev (87 kiloqramdan yuxarı) isə Pakistanlı idmançı Şah Adillə döyüşəcək.
Qadınların mübarizəsində idmançılarımızdan Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Jaber – Omanlı Yusra Al-Şoukri duelinin qalibi ilə üz-üzə gələcək.
Dörddəbir finaldan yarışlara qoşulacaq birinci Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı, "Rio-2016”nın beşincisi, "Bakı-2017”in idmançı səfiri Fəridə Əzizova (67 kq) isə iranlı Parisa Javadikouçaksarael ilə mübarizə aparacaq.
İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 12 idmançı təmsil edir.
Xatırladaq ki, mayın 16-da "Bakı-2017”də taekvando yarışlarının ilk günündə Azərbaycan idmançıları bir qızıl və bir gümüş medalı aktivlərinə yazdırıblar. Qadınlar arasında yarışda Yaprak Eriş (57 kq) İslamiadada taekvandoçularımızın ilk qızıl medalını, Qaşım Maqomedov (54 kq) isə gümüş medalını qazanıb.
259     
Reklam

Reklam