» » » Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb (FOTOLAR)

Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb (FOTOLAR)

Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb (FOTOLAR)Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.
Gümüş medala 569 xalla Qətər idmançısı Əhməd Zayed Əl Səmari, bürüncə isə 562 xalla Türkiyə atıcısı Özgür Varlık layiq görülüb.
Azərbaycan yığma komandasına "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı da Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal). Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb (FOTOLAR)
Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb (FOTOLAR)
Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazanıb (FOTOLAR)
209     
Reklam

Reklam