» » » Qadın həndbolçularımız İslam Oyunlarının qalibi oldu! (FOTOLAR)

Qadın həndbolçularımız İslam Oyunlarının qalibi oldu! (FOTOLAR)

Mayın 14-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində "Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına yekun vurulub.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, qadın həndbolçuların yarışında Azərbaycan yığması çempion olub. Finalda Türkiyə kollektivi ilə qarşılaşan komandamız maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyundan 28:26 hesablı qələbə ilə ayrılaraq qızıl medalları aktivinə yazdırıb.
Qadın həndbolçular arasında bürünc medalın sahibi Özbəkistana 35:27 hesabı ilə qalib gələn Kamerun yığması olub.
Kişilərin yarışında isə birinciliyi Səudiyyə Ərəbistanı qazanıb. Səudiyyə Ərəbistanı komandası finalda Türkiyəyə 26:21 hesabı ilə qalib gəlib. İraq millisi Əlcəzairi 27:22 hesabı ilə məğlub edərək yarışı üçüncü pillədə başa vurub.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib.
Medalları idmançılara Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov və Beynəlxalq Həndbol Federasiyasının vitse-prezidenti Migel Roka Mas təqdim ediblər.
Xatırladaq ki, Azərbaycanın kişi həndbolçuları IV İslam Həmrəyliyi Oyunlarında beşinci pillədə qərarlaşıblar.





477     
Reklam

Reklam