» » » Paracüdo yarışlarında ikinci qızıl medalı Ramil Qasımov qazandı

Paracüdo yarışlarında ikinci qızıl medalı Ramil Qasımov qazandı

Paracüdo yarışlarında ikinci qızıl medalı Ramil Qasımov qazandıMayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə yığmamızın aktivinə ikinci qızıl medalı Ramil Qasımov yazdırıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 73 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində döşək üzərinə çıxan dünya çempionumuz finalda özbəkistanlı Feruz Sayidovu ipponla məğlub edərək "Bakı-2017”nin qalibi olub.
Ramil Qasımov 2014-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən böyük uğuru "Rio-2016” XV Yay Paralimpiya Oyunlarının çempionluğudur.
319