» » » Paracüdo yarışlarında Azərbaycana ilk qızıl medal Elçin Talıbovdan gəldi

Paracüdo yarışlarında Azərbaycana ilk qızıl medal Elçin Talıbovdan gəldi

Paracüdo yarışlarında Azərbaycana ilk qızıl medal Elçin Talıbovdan gəldiMayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını idmançımız Elçin Talıbov qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda ölkəmizin digər təmsilçisi Bayram Mustafayev üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elçin Talıbov Budapeştdə keçirilən cüdo üzrə Avropa çempionatında milli paralimpiya komandasının heyətində bürünc medal qazanıb.
149