» » » Azərbaycan komandası Bədii gimnastika üzrə İslam Oyunlarının qalibi olub

Azərbaycan komandası Bədii gimnastika üzrə İslam Oyunlarının qalibi olub

Mayın 13-də bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovanın iki yarış günü ərzində dörd hərəkətin (halqa, top, gürzlər, lent) cəmində göstərdiyi nəticə (128,200) komandamıza çempionluğu qazandırıb. Komandamız bu xalların 65,250-sini ötən gün top və halqa ilə yarışlarda toplayıb.
İkinci yeri Özbəkistan (123,850), üçüncü yeri isə Türkiyə (101.650) milli komandaları tutublar.
Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.
Yarışın ikinci günündə -mayın 13-də Marina Durunda və Jalə Piriyeva lent və güzlərlə hərəkətlərdə finala yüksəliblər. Mayın 14-də isə müxtəlif alətlər üzrə fərdi yarışlarda final mərhələsi keçiriləcək.
70