» » » Karate millimiz Avropa Çempionatına yollandı

Karate millimiz Avropa Çempionatına yollandı

Karate millimiz Avropa Çempionatına yollandıQəbələdən təlim məşqlərdən dönən karate üzrə milli komandamız böyüklərin Avropa çempionatına yollanır. Premyer.az AMKF-nin  mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Kocaeli şəhərində 52-ci Avropa çempionatında kişilərin ikinci heyəti iştirak edəcək.       Azərbaycan Milli Karate Federasyasının (AMKF) rəhbərliyi, əsas heyətin 13-14 may tarixlərində Bakıda 4-cü İslam Həmrəyliyi Oyularının karate yarışlarında mübarizə aparmasını qərara alıb. Qadınlar isə qitə çempionatında əsas heyətlə çıxış edəcəklər.
     AMKF-in 1-ci vitse-prezidenti və baş məşqçi vəzifəsinin icra edən Rəhman Hətəmov fərdi yarışlarda Tural Ələkbərli (-60 kq), Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq), Pənah Abdullayev (-84 kq) və Şahin Atamovun (+84 kq) iştirak eməsinə üstünlük verib. Komanda turnirində onlara Əli Cəfərovla Orxan Heydərli qoşulacaq. Qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) komanda yarşlarında da mübarizə aparmaqla son avropa çempionu titulunu qorumağa çalışacaqlar.
     Kata üzrə böyük məşqçi Vahid Ayvazov və köməkçisi Vüqar Kərimov ilk dəfə komanda yarışlarında İsmayıl Quliyev, Tural Balcanl və Rövşən Əliyevi sınaqdan çıxaracaqlar. Frdi kata yarışlarında isə son avropa üçüncüsü Roman Heydərov titulunu ən azı təkrarlamağa səy göstərəcək.
     Kişi və qadınların 52-ci Avropa çemponatında 44 ölkədən 424 karateçi iştirak edəcək. Beynəlxalq hakimlərimiz, federasiyanın Hakimlər komitəsinin sədri Cahangir Babayevlə AMKF-in vitse-prezidenti Yusif Məmmədov Kocaelidə 52-ci avropa çempionatını idarə edənlər arasında olacaq. Həmçinin federasiya prezidentinin köməkçisi Elnur Camalxanov, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, milli komandanın böyük məqçilərindən Şahin Xudaverdiyevlə Rəşad Hüseynov da məsul yarışa ezam olunublar. 
     Mötəbər yarışdan bir gün əvvəl, mayın 3-də Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. Gündəlikdə duran məsələlərdən biri, İcariyyə Komitəsinə seçki olacaq. Dünya karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov seçkidə namizəd kimi iştirak edəcək. 
169     
Reklam

Reklam