» » » ShamkirChess 2017: Məmmədyarov qələbəylə başladı

ShamkirChess 2017: Məmmədyarov qələbəylə başladı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2017 turnirində ilk tura yekun vurulub.  
 
Premyer.az bildirir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən turnirin ilk turunda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayıb. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya (ABŞ) qalib gəlib. Teymur Rəcəbov isə Pavel Elyanova (Ukrayna) uduzub.
 
Vüqar Həşimov Memorialı
I tur
Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya) – 0.5:0.5
Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə) – 0.5:0.5
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1
Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan) – 0.5:0.5
Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) – 1:0

502     
Reklam

Reklam