» » » Bakıda aprel döyüşlərinə hərs edilmiş beynəlxalq cüdo turniri keçirildi (FOTOLAR)

Bakıda aprel döyüşlərinə hərs edilmiş beynəlxalq cüdo turniri keçirildi (FOTOLAR)

Bakı İdman Sarayında aprel döyüşlərinə hərs edilmiş 21 yaşa qədər cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib. Premyer.az ACF-yə istinadən xəbər verir ki, 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.
 
"Aran-Qarabağ”, "Gəncə”, "Judo 2012”, "Masallı”, "Neftçi İdman Klubu” İB, "Qəbələ”, "Sumqayıt”, "Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.
 
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda "Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub.
 
Final qarşılaşmalarından öncə yarışın açılış mərasimi keçirilib.
Həlledici görüşündə isə Gürcüstan millisi ilə "Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi olub.



















35