» » » Güləşçilərimiz AÇ və İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Güləşçilərimiz AÇ və İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Güləşçilərimiz AÇ və İslam Həmrəyliyi Oyunlarına hazırlaşır Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir. 

Premyer.az bildirir ki, yunan-roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir. 

Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. 

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək. 

Məlumat üçün bildirək ki, Avropa çempionatı 2-7 may tarixlərində Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
33