» » » Atletika üzrə Respublika çempionatının zona yarışları keçirilib

Atletika üzrə Respublika çempionatının zona yarışları keçirilib

İsmayıllı Olimpiya İdman Kompileksində atletika idmanı üzrə Respublika çempionatının zona yarışları keçirilib. Premyer.az ARGİN-ə istinadən xəbər verir ki, 16 aprel tarixinədək davam edən yarışlar Atletika Federasiyasının qaydalarına uyğun olaraq 60 m və 300 m məsafəyə qaçış, qaçaraq uzununa tullanma və estafet mərhələləri üzrə keçirilmişdir.
12 rayonunun –Balakən, Qax, Qəbələ, Şəki, Oğuz, Ağcabədi, İsmayıllı, Ağsu, Şamaxı, Kürdəmir, Ucar və Ağdaş  komandaları arasında  gedən gərgin mübarizədə Oğuz  komandası I yerə, İsmayıllı komandası II yerə və Qax komandası III yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib.
Birinci və İkinci yerin qalibləri Xaçmaz şəhərində Respublika çempionatının final yarışlarına vəsiqə qazanıb.
103