» » » Atıcılıq üzrə ölkə çempionatının zona yarışları keçirildi

Atıcılıq üzrə ölkə çempionatının zona yarışları keçirildi

Atıcılıq üzrə (pnevmatik silahlardan) ölkə çempionatının zona yarışlarının II mərhələsinin 4-cü zona yarışı Ağstafa rayonu Gənclər Mərkəzinin tirində keçirilmişdir. Premyer.az xəbər verir ki, şəxsi və komanda xarakteri daşıyan yarışda 15 komanda iştirak edib. Hər komandanın tərkibi 4 kişi, 1 qadından ibarət olub.
 
Qalib gələn Ağstafa və Tovuz komandaları yarımfinala vəsiqə qazanıblar:

Şəxsi hesabda isə qadınlar arasında Tovuz rayon komandasının idmançısı Əjdərzadə Şəhlanə 1-ci yerə, Göygöl rayon komandasının idmançısı İsmayılova Lalə   2-ci yerə, Ağstafa rayon komandasının idmançısı Əliyeva Minarə isə 3-cü yerə layiq görülüb.
Şəxsi hesabda kişilər arasında Ağstafa rayon komandasının idmançıları Fətdahi İsmayıl 1-ci yerə, Osmanov Elnur 2-ci yerə, Samux rayon komandasının idmançısı Əliyev Ayxan isə 3-cü yerə layiq görülüblər.
270