» » » Üç güləşçimiz Qazaxstan turnirində iştirak edəcək

Üç güləşçimiz Qazaxstan turnirində iştirak edəcək

20-22 aprel 2017-ci il tarixlərində Qazaxstan Respublikasının Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə XXIV beynəlxalq turnir keçiriləcək. 

Premyer.az bildirir ki, turnirdə böyüklərdən ibarət yunan-roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək.

Məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.
68