» » » "Onları tanıyaq" rubrikasında - Nicat İsgəndərli (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Nicat İsgəndərli (FOTOLAR)

Premyer.az saytının "Onları Tanıyaq" rubrikasının bu günkü qonağı - Nicat İsgəndərlidir.
 
İsgəndərli Nicat Mahir oğlu. 28 mart 1996-cı ildə Gəncə şəhərində anadan olub. Boyu 172 sm, çəkisi 70 kg. MMA, karate, boks, kikboksinq və uşu sanda ilə məşğul olur.  MMA-nın Gerts-2 növü üzrə 2015-ci ildə Ukraynanın Lvov şəhərində keçirilmiş Avropa Çempionatının gümüş mükafatçısı, boks, karate-do, kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında dəfələrlə Azərbaycan çempionu və mükafatçısı olub.
 
2002-2013-cü illərdə Gəncə şəhəri 5 saylı orta məktəbdə təhsil alıb. 2013-cü ildı 551 xalla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub və 2017-ci ildə universiteti bakalavr diplomu ilə bitirib.
 
6 yaşından etibarən "Dinamo” idman məktəbində məşqçi Əziz Əzizovun rəhbərliyi altında karatenin şotokan-do növü ilə məşğul olub. 2009-2013-cü illərdə Gəncə UGİM-də boksla, eyni zamanda kik-boksinq və uşu-sanda ilə məşğul olub.
2013-cü ildə Bakıya köçüb. Eyni ildən etibarən bu günə kimi Legion Fight Club-da MMA – qaydasız döyüşlə məşğul olur.  17 yaşından məşqçisi  Ruhi Hüseynovdur.
 
Hal-hazırda Nicat 28-29 aprel 2017-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində keçiriləcək MMA növləri üzrə Avropa Çempionatına hazırlaşır.  Premyer.az saytına müsahibəsində Nicat İsgəndərli Avropa Çempionatında uğurla çıxış edəcəyinə əmin olduğunu bildirib.
 
 
Nəticələri:
-          14-18.04.2015-ci il, Lvov, Ukrayna: MMA-nın Gerts-2 növü üzrə Avropa Çempionatının gümüş mükafatçısı;
-          2014-cü il: 60 kg çəki dərəcəsində kikboksinq üzrə Azərbaycan çempionu;
-          2013-cü il: böyüklər arasında Azərbaycan birinciliyinin bürünc mükafatçısı;
-          2012-ci il: boks üzrə Yeniyetmələr arasında Azərbaycan Respublikası birinciliyinin bürünc mükafatçısı;
-          9 dekabr 2010-cu il: SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi  Çingiz Piriverdiyevin 60 illik yubileyinə həsr edilmiş "Təhsil” RİM-nin boks üzrə açıq birinciliyinin qalibi;
-          2010-cu il: Yeniyetmələrin Respublika Oyunlarının boks üzrə qalibi;
-          2010-cu il: Gəncə şəhər "ADAM” kikboksinq klubunun açıq birinciliyinin full-kontakt üzrə gümüş mükafatçısı;
-          14 may 2006-cı il: Gəncə şəhəri 2 saylı UGİM-nin Ümummilli lider Heydər Əliyevin 83-cü il dönümünə həsr edilmiş Karate-do (WKF) qaydaları üzrə açıq birinciliyinin qalibi;
-          22-24.04.2008-ci il: Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş Karate-do üzrə Respublika turnirində 2-ci yer;
-          4 may 2008-ci il: Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş Karate-do üzrə DİN-in İdman Cəmiyyətinin çempionatında Kumite üzrə 1-ci yer;




"Onları tanıyaq" rubrikasında - Nicat İsgəndərli (FOTOLAR)
410