» » » Ağır atletika yığmamız dünya çempionatında iştirak edəcək

Ağır atletika yığmamız dünya çempionatında iştirak edəcək

Ağır atletika yığmamız dünya çempionatında iştirak edəcək3-10 aprel tarixlərində Tailandın Banqkok şəhərində ağırlıqqaldırma üzrə yeniyetmələrin 7-ci dünya birinciliyi keçiriləcək. Premyer.az xəbər verir ki, bu turnir gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yüzə yaxın ölkədən 538 atletin (179 qız və 359 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparacaq. Artıq heyətimiz də məlumdur. Onunla aşağıda tanış ola bilərsiniz:

Qızlar: Səbinə Əzimova (48 kq).

Oğlanlar: İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Şükürlü Mayıl (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq)
269     
Reklam

Reklam