» » » Hakimlərimiz yeni beynəlxalq kateqoriyalar aldılar

Hakimlərimiz yeni beynəlxalq kateqoriyalar aldılar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Batut, tamblinq və ikili mini batut üzrə beynəlxalq hakimlik kurslarının nəticələri açıqlanıb.
 
Premyer.az bildirir ki, kurslarda iştirak etmiş Azərbaycan təmsilçiləri Kamil Quliyev batut gimnastikası üzrə 4-cü, Abdulla Qasımov tamblinq üzrə 4-cü, Adil Hüseynzadə isə tamblinq üzrə 3-cü hakimlik dərəcəsini əldə ediblər.
 
Qeyd edək ki, bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.

359     
Reklam

Reklam