» » » “Bakı Marafonu 2017”də iştirak et!

“Bakı Marafonu 2017”də iştirak et!

"Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat məntəqələri açıldı.

Premyer.az bildirir ki, fevralın 22-dən "Bakı Marafonu-2017” tədbirində iştirak etmək üçün qeydiyyat məntəqələri fəaliyyətə başlayıb. 

Qeydiyyat məntəqələri "28 Mall" ticarət mərkəzinin ikinci mərtəbəsində, "Port Baku Mall" və "Gənclik Mall” ticarət mərkəzlərində yerləşən "GoSport” idman malları mağazasında fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olacaq.

"Bakı Marafonu-2017”də iştirak etmək istəyənlər aprelin 20-dək Bakının ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə və ya onlayn olaraq "Bakı Marafonu-2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə biletinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.
Qeyd edək ki, bu il keçiriləcək yarımarafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcəklər.


741     
Reklam

Digər xəbərlər

Reklam