» » » Müşviq Quliyev: "Fitnes həyatımın bir hissəsinə döndü" (MÜSAHİBƏ, FOTOLAR)

Müşviq Quliyev: "Fitnes həyatımın bir hissəsinə döndü" (MÜSAHİBƏ, FOTOLAR)

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da fitnes  idman növü geniş yayılmaqdadır. Gənclərlə yanaşı, daha yaşlı nəsil insanlar da fitnesə böyük maraq göstərərək, idman zallarına axın edir, çünki gözəl bədən quruluşu zəmanəmizdə çox önəmlidir.  Bəs bu marağın əsas səbəbi nədədir?
 
Premyer.az  saytı  olaraq qısa bir sorğu keçirdik.  Respondentlərimizin əsasını, peşəkarlarla yanaşı ,  fitneslə  həvəskar  səviyyədə  məşğul  olan  gənclərimiz təşkil etdi.   
 
Bunlardan biri də Müşviq Quliyevdir.
 
MÜSAHİBƏ
 
-          Ümumiyyətlə fitnes nədir? Fitnesi  idman növü saymaq olar mı?
-         Fitnes idman növü – ən çətin idman növlərindən biridir. Əslində bu idman növü ilə məşğul olmaq üçün gərək öz bədənini tanıyasan, genetikan haqqında məlumatın olmalıdır.
 
-          Fitneslə  məşğul  olmağa nə zaman başlamısan və buna  necə  qərar  verdin?
-        Fitneslə 17 yaşımda məşğul olmağa başlamışam. Düzü başlayanda həvəssiz başlamışam, amma məşq etdikcə inkifaşın olduğunu görüb həvəsə gəldim və beləliklə də fitnes həyatımın bir hissəsinə döndü.
 
-          Fitneslə bodibildinqin ümumi və fərqli cəhətləri hansılardır?
-     Fərqli cəhətlər çoxdur. Fitnesdə daha çox estetikaya önəm verilir, həm də əzələ kütləsi cəhətdən bodibilderlərə nisbətən daha az olur.  Amma bodibilder olmaq zənnimcə daha çətindir.
 
-          Peşəkar səviyyədə çıxış etmək fikrin var mı?
-          Professional səviyyədə çıxış etmək haqqında düşünmürəm. Fitneslə özüm üçün məşğul oluram.
 
-          Pəhriz saxlamaq  finesdə vacibdir mi?
-        Əgər fitneslə professional səviyyədə məşğul olursansa, pəhriz saxlamaq təbii ki lazımdır. Amma mən heç vaxt saxlamamışam, çünki genetikam yaxşıdır. İstədiyim vaxt çəkimi artırıb, azalda bilirəm.
 
-          Fitneslə məşğul olmaq üçün yaş həddi var mı?
-          Zənnimcə bu idmanla məşğul olmaq üçün yaş həddi 15-16-dan sonradır, çunki mən özüm də o vaxtlar başlamışam.
 
-          Bu işdə maddi  məsələ nə qədər önəmlidir?
-      Fitneslə məşğul olmaq maddiyat tələb edir. Amma bodibildinqdən fərqli olaraq, fitnesdə daha az xərc tələb olunur. Maddiyyatla yanaşı, səbirli olmalısan.
 
-          Fitnesdə kumirin kim(lər)dir?
-          Bu idman növündə kumirim "ZYZZ” ləğəbli avtstraliyalı bodibilder və fitnes modeldir. Təəssüf ki o 22 yaşında ürək çatışmazlığından vəfat edib.
 
-          Fitneslə yeni məşğul olmağa başlayanlara tövsiyyələrin nədir?
-       Fitneslə məşğul olmaq istəyirsinizsə, ən əsası səbrli olmalısınız. Məşqi özünüzü göstərmək üçün etmək lazım deyil. Məşqi sevməlisiniz və çalışmalısınız ki, məşqləri buraxmayasınız. Bir də, əgər fitneslə professional səviyyədə məşğul olmaq istəyirsinizsə, o zaman  bəzi qormonal iynə-dərmanlardan uzaq olmalısınız.
 
Müsahibəni apardı: Rauf İskəndərov /Premyer.az






579     
Reklam

Reklam