» » » İnam Bayramov: "Səbrli, iradəli, əzmli deyillərsə, bu yol onların yolu deyil" (MÜSAHİBƏ, FOTOLAR)

İnam Bayramov: "Səbrli, iradəli, əzmli deyillərsə, bu yol onların yolu deyil" (MÜSAHİBƏ, FOTOLAR)

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da fitnes  idman növü geniş yayılmaqdadır. Gənclərlə yanaşı, daha yaşlı nəsil insanlar da fitnesə böyük maraq göstərərək, idman zallarına axın edir, çünki gözəl bədən quruluşu zəmanəmizdə çox önəmlidir.  Bəs bu marağın əsas səbəbi nədədir?
 
Premyer.az  saytı  olaraq qısa bir sorğu keçirdik.  Respondentlərimizin 80%-ni   fitneslə  həvəskar  səviyyədə  məşğul  olan  gənclərimiz təşkil etdi.  Lakin onlar arasında peşəkarlar da var idi.  
 
Belə peşakarlardan biri də, fitnes-model və məşqçi İnam Bayramovdur. Öz sahəsində yetərincə tanınan İnam, məmnuniyyətlə suallarımızı cavablandırdı.
 
MÜSAHİBƏ
 
-          Ümumiyyətlə fitnes nədir? Fitnesi  idman növü saymaq olar mı?
-          Fitnes – düzgün qidalanma, düzgün yuxu rejimi, aktivlik, gözəllik, estetika, sağlam insan deməkdir. Məncə fitnesi, idmandan çox, sağlam düşüncəli müasir insanın gündəlik tələbatı kimi saymaq olar.
 
-          Fitneslə  məşğul  olmağa nə zaman başlamısan və buna  necə  qərar  verdin?
-          Artıq beş ildir ki fitneslə məşğulam. Öncə bədənim məni qane etmirdi və məhz bu səbəbdən də fitneslə məşğul olmağa qərar verdim.
 
-          Fitneslə bodibildinqin ümumi və fərqli cəhətləri hansılardır?
-          Əsas fərq qidalanma və məşq prosesindədir. Oxşar cəhətləri isə - hər iki idman növünün ağırlıqla məşq olunmasıdır.
 
-          Peşəkar səviyyədə çıxış etmək fikrin var mı?
-          Ölkəmizdə bu sahədə keçirilən yarışlar əsasən həvəskarlar arasında keçirilir. Peşəkarlar arasında da fitnes yarışları keçirilsə, bu haqda düşünərəm.
 
-          Pəhriz saxlamaq  finesdə vacibdir mi?
-          Təbii ki vacibdir. Deyə bilərəm ki, pəhriz fitnesin ən azı 70 %-ni təşkil edir.
 
-          Fitneslə məşğul olmaq üçün yaş həddi var mı?
-          18 yaş sərhəddini keçmək lazımdır. Bu yaşa çatdıqdan sonra artıq rahat məşğul olmaq mümkündür.
 
-          Bu işdə maddi  məsələ nə qədər önəmlidir?
-          Fitneslə ilk öncə sağlamlıq, düzgün bədən quruluşuna sahib olmaq üçün məşğul olmaq lazımdır, maddiyyat isə özü gələcək.
 
-          Fitnesdə kumirin kim(lər)dir?
-          Kumirim yoxdur, çünki mən istədiyim və düşündüyüm bədən quruluşu, hər kəsə xəyal olacaq səviyyədədir.
 
-          Fitneslə yeni məşğul olmağa başlayanlara tövsiyyələrin nədir?
-          Əsas tövsiyyəm odur ki, tələsməsinlər. Səbrli, iradəli, əzmli deyillərsə, bu yol onların yolu deyil.

Müsahibəni apardı: Rauf İskəndərov /Premyer.az
 
852