» » » Cüdoçularımız Parisdə "Böyük Dəbilqə" turnirində qüvvələrini sınayacaq

Cüdoçularımız Parisdə "Böyük Dəbilqə" turnirində qüvvələrini sınayacaq

Cüdoçularımız Parisdə "Böyük Dəbilqə" turnirində qüvvələrini sınayacaqFransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Premyer.az xəbər verir ki, bu gün start götürəcək yarışda milli komandamızın  idmançılarının da rəqibləri məlum olub.

Yarış üçün 8 cüdoçu sifariş edilsə də, Məmmədəli Mehdiyev (90 kq) son anda heyətdən kənarlaşdırılıb.

Püşkün nəticəsi belədi:
60 kq. Orxan Səfərov – İn Hyuk Çoi (Cənubi Koreya)
66 kq. Nicat Şıxəlizadə - Daqa Qinq (Çin)/Honq Nin Mak (Honkonq)
73 kq. Rüstəm Orucov – Yeldos Jumaxanov (Qazaxıstan)/Matiu Lebreton (Fransa)
Hidayət Orucov – Kuok Vinq Li (Honkonq)
100 kq. Elmar Qasımov – Jorj Fonseka (Portuqaliya)
Elxan Məmmədov – Sedrik Olivar (Fransa)/Kentaro İida (Yaponiya)
+100 kq. Uşanqi Kokauri – Kyeonqtae Kim (Cənubi Koreya)

Yarışda ümumilikdə 61 ölkədən 412 (259 kişi, 153 qadın) cüdoçu mübarizə aparacaq.Yarışlara sabah yekun vurulacaq.
155