» » » İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlandı (SİYAHI)

İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlandı (SİYAHI)

Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. 

Premyer.az bildirir ki, idmançı-səfirlər siyahısına aşağıdakı idmançılarımız daxil edilib: Rəsul Çunayev (yunan-Roma güləşi), Hacı Əliyev (sərbəst güləş), Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet).

Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.

"Grassroots” proqramı çərçivəsində bu gün baş tutan təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi oyunlarının mesajı olan "Birlik”, "Sülh” ,”Hörmət” və "Mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürüb, öz üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.

Grassroots proqramı çərçivəsində proqrama yerli atletlərlə yanaşı, beynəlxalq atletlər də qoşulub. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə Dünya və Asiya çempionu və 4-cü İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim olunub.
662     
Reklam

Reklam