» » » "Onları tanıyaq" rubrikasında - Cəbrayıl Həsənov!

"Onları tanıyaq" rubrikasında - Cəbrayıl Həsənov!

Premyer.az və Azərbaycan Güləş Federasiyasının birgə Wikipedia layihəsi çərçivəsində, "Onları Tanıyaq" rubrikasının növbəti qonağı - Rio-2016 Yay Olimpiya Oyunlarının və Bakı 2015 İlk Avropa Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı və bir çox beynəlxalq turnirlərin qalibi, idman ustası, fəxrimiz - sərbəst güləşçi Cəbrayıl Həsənovdur!

 

Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparıbağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinfə qəbul olunub. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 6–cı sinfinə qəbul olunub. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının tələbəsi olub. 2011-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. 2013-cü ildə ailə həyatı qurub. Bir oğlu və bir qızı var. 2016-cı ildən etibarən Sərhəd Qoşunlarında leytenant rütbəsində xidmət edir.

Aşağıdakı linkə daxil olaraq, idmançı haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.


https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%81%D0%B0%D0%BD%
 
Wikpedia-da yazını yenidən hazırlayan və Fotonun müəllifi - müxbirimiz Rauf İskəndərovdur.
Автор фотографии в статье а также в Википедии - наш корреспондент Рауф Искендеров.
669     
Reklam

Reklam