» » » Güləş yığmalarının mətbuat üçün açıq məşqi keçiriləcək

Güləş yığmalarının mətbuat üçün açıq məşqi keçiriləcək

 Sərbəst və yunan-roma güləşi üzrə yığma komandaların mətbuat üçün açıq məşqi keçiriləcək  
 
 
Premyer.az saytı, Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətinə əsasən xəbər verir ki, 7-12 sentyabr 2015-ci il tarixdə ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanılacağı Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək. Sabah (26 avqust) saat 11:00-da Olimpiya Güləş Mərkəzində (Excelsior Otelin yanı) sərbəst və yunan-roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçiriləcək. Məşqin ardından Dünya çempionatına yola düşəcək heyət açıqlanacaq. Bütün KİV nümayəndələri dəvətlidir.
 
Premyer.az
307     
Reklam

Reklam