» » » Dünya çempionatının son günündə güləşçilərimiz medalsız qaldı

Dünya çempionatının son günündə güləşçilərimiz medalsız qaldı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatı başa çatıb.  Çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edib.

İlk yarış günündə güləşçilərimiz 2 bürünc medal qazanıb. Əhmədnəbi Qvarzatilov (61 kq) sərbəst, Həsən Əliyev (71 kq) yunan-Roma güləşi yarışlarında fərqlənib.

İkinci yarış günündə daha 3 güləşçimiz mübarizə aparıb. Qadın güləşində Tatyana Omelçenko (60 kq), sərbəst güləşdə Gitinomaqomed Hacıyev (70 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (80 kq) yarışlarda iştirak edib.

60 kq
1/8 final - Tatyana Omelçenko - Emese Barka (HUN) 0:10

70 kq
1/16 final - Gitinomaqomed Hacıyev - James Malcolm Green (USA) 1:12

80 kq
Təsəlliverici görüş - Nikoloz Kelosov (GEO) - Rafiq Hüseynov 2:1
1/4 final - Rafiq Hüseynov - Ramazan Abaçaraev (RUS) 1:1*
1/8 final - Rafiq Hüseynov - Aleks Kessidis (SWE) 11:2
304     
Reklam

Reklam