» » » Karate ulduzlarımız öz fanatları ilə bir araya gəldi

Karate ulduzlarımız öz fanatları ilə bir araya gəldi

Bu gün Gənclik Mallın 2-ci mərtəbəsində yerləşən GoSport Baku-da "Olimpiya həftələri" çərçivəsində "KARATE GÜNÜ" keçirilib. Premyer.az xəbər verir ki, tədbir Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə gerçəkləşib.
 
Tədbir iştirakçıları karate fəndlərini izləmək, qədim yapon idman növünün sirrlərinə yiyələnmək, ulduz idmançılarımızla yaxından tanış olub, avtoqraf almaq və GOSPORT-dan hədiyyə qazanmaq şansı əldə ediblər.
 
Tədbirdə milli komandamızın aşağıdakı üzvləri iştirak edib:
 
Rafael Ağayev - ( 5 qat dünya, 13 qat avropa çempionu)
Ayxan Mamayev - (Gənclər arasında dünya çempionu, avropa çempionu, böyükər arasında şəxsi yarışlarda avropa 2-cisi, dünya ikincisi, komanda yarışlarında avropa çempionu, ikiqat avropa 3-cüsü, klublararası avropa çempionu, İslam oyunlarının şəxsi və komanda yarışlarının çempionu, Avropa Oyunlarının qalibi)
Firdovsi Fərzəliyev - (Avropa Oyunlarının qalibi, Dünya 3-cüsü)
İlahə Qasımova - (Avropa Oyunlarının 3-cüsü, komanda yarışlarında avropa çempionu)
Nuranə Əliyeva - (Avropa 3-cüsü, komanda yarışlarında avropa çempionu)
Roman Heydərov – (Böyüklər arasında kata üzrə Avropa 3-cüsü, Dünya kubokunun qalibi)
386     
Reklam

Reklam