» » » Argentinada 24 yaşlı voleybolçu öldürüldü

Argentinada 24 yaşlı voleybolçu öldürüldü

Argentinanın "Monteros "Volley" komandasının voleybolçusu Andres Kastro öldürülüb. Premyer.az Worldofvolley.com portalına istinadən xəbər verir ki, 24 yaşlı idmançı San-Migel-de-Tukuman şəhərində güllələnib.
Hadisə voleybolçunun rəfiqəsi ilə evə qayıdarkən baş verib. A.Kastro soyğunçuların hücumuna məruz qalıb. Bir müddət tərəflər arasında mübarizə getsə də, soyğunçular Kastronun sinəsinə atəş açaraq, motosikllə ərazidən uzaqlaşıblar. Rəfiqəsi təcili tibbi yardıma zəng etsə də, həkimlər hadisə yerinə vaxtında yetişə bilməyib. Ətrafdakıların köməyi ilə 24 yaşlı voleybolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda polis cinayətlə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl voleybol üzrə Venesuela yığmasının kapitanı Kervin Pinyerua da 25 yaşında ölüb.
422     
Reklam

Reklam