» » » Tanınmış İran karateçisi Azərbaycan Bayrağı altında çıxış etmək istəyir (FOTOLAR)

Tanınmış İran karateçisi Azərbaycan Bayrağı altında çıxış etmək istəyir (FOTOLAR)

Tanınmış İran karateçisi Azərbaycan Bayrağı altında çıxış etmək istəyir (FOTOLAR)Bu günlərdə Premyer.az saytının Facebook səhifəsinə maraqlı bir məktub daxil olub.  Müraciət edən şəxs - İran İslam Respublikasının tanınmış karate ustalarından biri, 24  yaşlı Farşid Babayi Yozbanddır.
 
26 iyun 1992-ci il tarixində Təbrizdə anadan olan Farşid əslən azərbaycanlıdır. Şotokan-karate üzrə dəfələrlə İran və bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş Farşid, 3-cü dan və qara kəmərin sahibidir. Ən son, bu yaxınlarda Gürcüstanın Batumi şəhərində keçirilən şotokan-karate üzrə Dünya Kubokunda iştirak edən karateçi, mötəbər turnirin bürünc medalına sahib olub.
 
Premyer.az saytına müraciətində, Farşid Babayi, özünə doğma hesab etdiyi Azərbaycan Bayrağı altında çıxış etməyi və ölkəmizin şərəfini qorumağı arzuladığını bildirib. Bu yaxınlarda Bakıya gələcək idmançı, Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi ilə də görüşmək istədiyini qeyd edib. Premyer.az saytı olaraq, Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyindən bu idnaçıya diqqət yetirmələrini arzulayırıq...

Tanınmış İran karateçisi Azərbaycan Bayrağı altında çıxış etmək istəyir (FOTOLAR)








Tanınmış İran karateçisi Azərbaycan Bayrağı altında çıxış etmək istəyir (FOTOLAR)


313     
Reklam

Reklam