» » » Muay-tayçılarımız EMF Kubokuna qatılacaq

Muay-tayçılarımız EMF Kubokuna qatılacaq

15-18 dekabr 2016-cı il tarixlərində Türkiyənin Antalya şəhərində Muay Tay üzrə EMF Kuboku keçiriləcək.
 
Premyer.az xəbər verir ki, turnirdə Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altında yığma komandamız da iştirak edəcək.
 
Yığmamız bu yarışda 17 idmançı və 3 məşqçi ilə təmsil olunacaq. 29 noyabr tarixindən etibarən Kuboka hazırlıq məqsədi ilə təlim-məşq toplanışı start götürəcək. 
 
Qeyd edək ki, yığmanın tərkibinə 7 klubun idmançıları cəlb edilib.
443