» » » Moskva - Yerevan reysində faciə: 5 idmançı gənc öldü, 27-si yaralandı (FOTOLAR)

Moskva - Yerevan reysində faciə: 5 idmançı gənc öldü, 27-si yaralandı (FOTOLAR)

Moskvadan Ermənistanın paytaxtı Yerevan şəhərinə idman yarışlarına yollanan Rusiyalı gənc idmancılar faciə ilə üzləşib.
 
Premyer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rostov Vilayətindən olan 10-15 yaş arası idmançı uşaq və gəncləri daşıyan "Mersedes" markalı avtobus, bu gün səhər saat 4:30 radələrində Şimali Osetiyanın ərazində, "Qafqaz" federal avtomobil magistralının 8-ci km-də, yeni avtomobillər daşıyan "Skaniya" markalı yük maşını ilə toqquşub.
 
Son məlumata görə, ağır yol qəzası nəticəsində 5 uşaq ölüb, 27 nəfər isə yaralanıb. Yararlılar Vladiqafqaz şəhərinin mərkəzi klinik xəstəxanasına yerləşdirilib.
 
Qəzanın nəticəsinin aradan qaldırılması üçün 100 nəfər xilasedici və 27 ədəd texnika cəlb edilib.

491     
Reklam

Reklam