» » » Muay tay döyüşçümüz növbəti peşəkar qələbəsini qazandı (FOTOLAR)

Muay tay döyüşçümüz növbəti peşəkar qələbəsini qazandı (FOTOLAR)

Muay Tay üzrə yığma komandamızın üzvü Cabbar Mustafayev Belarusun paytaxtı Minsk şəhərində Muay Tay üzrə "Osminog show" liqasında növbəti peşəkar döyüşünə çıxıb.
 
Premyer.az bildirir ki, sentyabrın 18-i keçirilən döyüşdə 65 kq çəkidə mübarizə aparan Cabbar, güclü Belarus idmançısı Aleksandr Kozaçenko ilə qarşılaşıb və rəqibinə heç bir şans verməyib.
 
Beləliklə də döyüşçümüz bu qalibiyyətlə oktyabr ayında Rusiyanın Belqorod şəhərində keçiriləcək GBC liqasına dəvət alıb.

1052