» » » Dünya çempionatının 2-ci günündə güləşçilərimizdən 1 qızıl, 2 gümüş və 1 bürünc medal (FOTOLAR)

Dünya çempionatının 2-ci günündə güləşçilərimizdən 1 qızıl, 2 gümüş və 1 bürünc medal (FOTOLAR)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Premyer.az bildirir ki, ilk yarış günündə güləşçilərimizdən Zaur Nuriyev (50 kq) bürünc medal qazanıb.

Çempionatın ikinci yarış günündə 42, 46, 69, 76 və 85 kq çəkidə yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

42 kq çəkidə mübarizə aparan Zaur Əliyev Yaponiya və Hindistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Ukrayna idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Zaur Əliyev son görüşdə Ermənistan təmsilçisinə də qalib gələrək çempionatın bürünc medalını qazanıb. 

46 kq-da mübarizə aparan Fail İskəndərov Hindistan, Meksika və İran güləşçilərinə qalib gələrək finala yüksəlib. Finalda güləşçimiz Özbəkistan təmsilçisinə tam üstünlüklə qalib gələrək Dünya çempionatının qızıl medalına sahib olub.

69 kq çəki dərəcəsində yarışan Ülvi Qənizadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq İran, Özbəkistan, Gürcüstan və Türkiyə təmsilçilərini üstələyən güləşçimiz finala yüksəlib. Finalda Ülvi Qənizadə Qırğızıstan idmançısı ilə gərgin keçən görüşdən məğlub ayrılıb və çempionatın gümüş medalına yiyələnib. 

76 kq-da yarışan Nəsir Həsənov da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Xorvatiya, Özbəkistan, Belarus və Qazaxstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan Nəsir Həsənov çempionatı gümüş medalla başa vurub. 

85 kq çəkidə mübarizə aparan Tehran Əminzadə ilk görüşdə Türkiyə təmsilçisini üstələsə də Avstriyadan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Hindistandan olan rəqibini məğlub edib və bürünc medal görüşünə haqq qazanıb. Son görüşdə Tehran Əminzadə Ermənistan idmançısına uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

42 kq 
Bürünc medal görüşü - Hayk Asatryan (ARM) - Zaur Əliyev 6:8
1/2 final - Zaur Əliyev - Vladislav Kuzko (UKR) 1:4
1/4 final - Zaur Əliyev - Rohan Prakaş Bhosale (İND) 9:0
1/8 final - Yusei Horiuçi (JPN) - Zaur Əliyev 2:10

46 kq 
FİNAL - Fail İskəndərov - Elbek Ergaşev (UZB) 12:3
1/2 final - Mohammad Mehrabi (İRİ) - Fail İskəndərov 0:9
1/4 final - Nestor Daniel Delgado Ramirez (MEX) - Fail İskəndərov 0:8
1/8 final - Fail İskəndərov - Laişram Sayon Meitei (İND) 6:0 (tuşe)

69 kq 
FİNAL - Akzol Mahmudov (KGZ) - Ülvi Qənizadə 5:3
1/2 final - Yasin Doğukan Turan (TUR) - Ülvi Qənizadə 3:6
1/4 final - Ülvi Qənizadə - Levan Gogua (GEO) 3:0
1/8 final - Ülvi Qənizadə - Temurbek Juraboev (UZB) 8:0 (69 san.)
1/16 final - Mohammadreza Mahmud Rostami (İRİ) - Ülvi Qənizadə 1:4

76 kq
FİNAL - Aleksandr Komarov (RUS) - Nəsir Həsənov 3:0
1/2 final - Nəsir Həsənov - Stanislav Rilskiy (KAZ) 2:1
1/4 final - Maksim Bandarenka (BLR) - Nəsir Həsənov 0:6
1/8 final - Nəsir Həsənov - Pərviz Muminov (UZB) 6:0
1/16 final - Filip Smetko (CRO) - Nəsir Həsənov 1:4

85 kq 
Bürünc medal görüşü - Tehran Əminzadə - Hakob Bağdasaryan (ARM) 1:3
Təsəlliverici görüş - Kumar Sunil (İND) - Tehran Əminzadə 9:11
1/4 final - Markus Ragginger (AUT) - Tehran Əminzadə 3:2
1/8 final - Bedirhan Tan (TUR) - Tehran Əminzadə 3:5
359     
Reklam

Reklam