» » » Toğrul Əsgərov finalda buna görə uduzdu (AÇIQLAMA)

Toğrul Əsgərov finalda buna görə uduzdu (AÇIQLAMA)

Rio Olimpiadasının son günündə sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində gümüş medal qazanan Toğrul Əsgərov final görüşündən sonra müsahibə verib.
 
Premyer.az xəbər verir ki, olimpiya ikincisi həlledici görüşdəki məğlubiyyətini finalda üzünə aldığı zərbə ilə əlaqələndirib.
 
 
- Təbrik edirik, ardıcıl ikinci Olimpiya medalını qazandın. Gümüş medal da yaxşı nəticədir. Sənin təəssüratların necədir?
- Dörd ildən bir keçirilən turnirdən medalsız qayıtmıramsa, sevinməliyəm. Ancaq istərdim ki, qızıl olsun. Finaldan əvvəlki görüşlərim daha çətin idi. Ancaq qalib gələ bilmişdim. Finalda isə başlayan kimi rəqibin başı almacıq sümüyümə dəydi, gözüm qaraldı. Xalçanı görmürdüm. Özüm də anlamadım ki, nətər oldu, necə oldu? Hər şey bir anda baş verdi.
 
 
- Hər kəs üçün maraqlı idi ki, finala qədər olduqca asan irəliləyən Toğrul həledici görüşdə niyə belə çıxış etdi?
- Dediyim kimi. O zərbədən sonra o qədər özümü itirdim ki, hətta həkimlərə də müraciət edə bilmədim.
 
 
- Səncə rəqib bilərək vurdu səni, ya təsadüfən?
- Təsadüfən oldu. Ancaq bu təsadüf də onun xeyrinə işlədi. Yarımfinalda qalib gəldiyim sonuncu dünya çempionu idi və çəkinin ən güclüsü o idi. Ancaq final sadəcə uğursuz alındı.
 
 
- Sən özün gümüş medalı necə dəyərləndirirsən?
- Sevinirəm ki, ən azı ikinci dəfə ardıcıl medal qazanıram. Əgər medalsız qayıtsaydım, çox heyfslənərdim. Neçə ildi çəkdiyim əziyyət hədər olardı. Ancaq "qızıl”ı da əldən verdim. Bunu da özümə bağışlamaq çətin olacaq.
 
 
- Hələ çox gəncsən, karyeran qabaqdadı. Səni Tokio Olimpiadasında da gözləyəkmi?
- Zaman hər şeyi göstərəcək.
1410     
Reklam

Reklam