» » » Rio-2016: Xetaq Qazyumov Olimpiya Oyunlarının Gümüş medalını qazandı

Rio-2016: Xetaq Qazyumov Olimpiya Oyunlarının Gümüş medalını qazandı

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları bu gün yekunlaşıb.  
 
Premyer.az xəbər verir ki, güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
 
97 kg çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov ardıcıl olaraq 4 qələbə qazanaraq, finala vəsiqə qazanıb.
 
 
Final görüşündə idmançımızın rəqibi ABŞ idmançısı Kayl Şnayder olub. Gərgin mübarizədən rəqib boksçu 2:1 hesabı ilə qalib ayrılıb.
 
 
Xetaq Qazyumovun finala qədər olan bütün görüşlərini diqqətinizə çatdırırıq:
 
Seçmə mərhələ - Radoslav Baran (Polşa) 3:0
 
1/8 final Reza Yazdani (İran İR) 2:1
 
1/4 final  Maqomed İbragimov (Özbəkistan) 12:3
 
1/2 final Valeriy Andriytsev (Ukrayna) 11:0
  
Qeyd edək ki, Xetaq Pekin-2008 və London-2012 Olimpiadalarının bürünc mükafatçısı olub.
696     
Reklam

Reklam