» » » Rio-2016: Toğrul Əsgərov gümüş medalın sahibi oldu

Rio-2016: Toğrul Əsgərov gümüş medalın sahibi oldu

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları bu gün yekunlaşır.  
 
Premyer.az xəbər verir ki, güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
 
65 kg çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov ardıcıl olaraq 3 qələbə qazanaraq, finala vəsiqə qazanıb. Finalda təəssüflər olsun ki rusiyalı rəqibinə 0:11 hesabı ilə uduzan Toğrul, Olimpiya Oyunlarının gümüş medalını qazandı.
 
Toğrul Əsgərovun finala qədər olan bütün görüşlərini diqqətinizə çatdırırıq:
 
1/8 final Andrey Kvyatkovskiy (Ukrayna) 12:2
 
1/4 final  Frank Molinaro (ABŞ) 10:0
 
1/2 final Frank Çamizo (İtaliya) 7:4
 
798     
Reklam

Reklam