» » » Rio-2016: Xetaq Qazyumov ilk Olimpiya Qızılını qazana bilər

Rio-2016: Xetaq Qazyumov ilk Olimpiya Qızılını qazana bilər

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları bu gün yekunlaşır.  
 
Premyer.az xəbər verir ki, güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
 
97 kg çəki dərəcəsində mübarizə aparan Xetaq azyumov ardıcıl olaraq 4 qələbə qazanaraq, finala vəsiqə qazanıb.
 
Xetaq Qazyumovun finala qədər olan bütün görüşlərini diqqətinizə çatdırırıq:
 
Seçmə mərhələ - Radoslav Baran (Polşa) 3:0
 
1/8 final Reza Yazdani (İran İR) 2:1
 
1/4 final  Maqomed İbragimov (Özbəkistan) 12:3
 
1/2 final Valeriy Andriytsev (Ukrayna) 11:0
 
Saat 22:15-də başlayacaq final görüşündə idmançımızın rəqibi ABŞ idmançısı Kayl Şnayder olacaq.
 
Qeyd edək ki, Xetaq Pekin-2008 və London-2012 Olimpiadalarının bürünc mükafatçısı olub.
719     
Reklam

Reklam