» » » Rio-2016: Toğrul Əsgərov Qızıl medal uğrunda güləşəcək

Rio-2016: Toğrul Əsgərov Qızıl medal uğrunda güləşəcək

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları bu gün yekunlaşır.
 
 
Premyer.az xəbər verir ki, güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
 
65 kg çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov ardıcıl olaraq 3 qələbə qazanaraq, finala vəsiqə qazanıb. Qalib gələcəyi təqdirdə Toğrul Əsgərov ikiqat Olimpiya çempionu olan ilk Azərbaycan idmançısı olaraq tarixə düşəcək.
 
Toğrul Əsgərovun finala qədər olan bütün görüşlərini diqqətinizə çatdırırıq:
 
 
1/8 final Andrey Kvyatkovskiy (Ukrayna) 12:2
 
1/4 final  Frank Molinaro (ABŞ) 10:0
 
1/2 final Frank Çamizo (İtaliya) 7:4
 
Saat 21:15-də başlayacaq final görüşündə idmançımızın rəqibi rusiyalı Soslan Ramonov olacaq.
784     
Reklam

Reklam