» » » Rio-2016: Hacı Əliyev bürünc medalın bir addımlığında!

Rio-2016: Hacı Əliyev bürünc medalın bir addımlığında!

Bu gün Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimiz də mübarizəyə başlayıb.  

 
Premyer.az bildirir ki, ilk olaraq 57 kg çəki dərəcəsində Hacı Əliyev tatami üzərinə çıxıb.  1/8 final mərhələsində güləşçimizin rəqibi Koreyalı Yun Junsik olub. 12:2 hesabı ilə təmiz qələbə qazanan idmançımız, 1/4  finala vəsiqə qazanıb.
 
1/4 finalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşən Hacı, gərgin görüşdə rəqibinə 3:4 hesabı ilə uduzaraq, 1/2 finala vəsiqə qazana bilməmişdir.
 
Güləşçimizin rəqibi finala qədər irəliləyə bildiyindən, Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak etmək haqqı qazanmışdır.
 
Təsəlliverici görüşdə idmançımızın rəqibi qazaxıstanlı Nurislam Sanayev olmuşdur. Çöx gərgin mübarizə şəraitində keçən görüşdə, Hacı Əliyev 10:8 hesabı ilə qalib gələrək, bürünc medal uğrunda görüşdə şansını sınayacaq.
575     
Reklam

Reklam