» » » Rio-2016: Hacı Əliyevin bürünc medal şansı

Rio-2016: Hacı Əliyevin bürünc medal şansı

Bu gün Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərimiz də mübarizəyə başlayıb.  

 
Premyer.az bildirir ki, ilk olaraq 57 kg çəki dərəcəsində Hacı Əliyev tatami üzərinə çıxıb.  1/8 final mərhələsində güləşçimizin rəqibi Koreyalı Yun Junsik olub. 12:2 hesabı ilə təmiz qələbə qazanan idmançımız, 1/4  finala vəsiqə qazanıb.
 
1/4 finalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşən Hacı, gərgin görüşdə rəqibinə 3:4 hesabı ilə uduzaraq, 1/2 finala vəsiqə qazana bilməmişdir.
 
Güləşçimizin rəqibi finala qədər irəliləyə bildiyindən, Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak etmək haqqı qazanmışdır.
 
Saat 23:24-də başlayacaq görüşdə idmançımızın rəqibi qazaxıstanlı Nurislam Sanayev olacaq.
 
822     
Reklam

Reklam