» » » Rio-2016: Mariya Stadnik Finalda! Növbəti medalımız gəlir!

Rio-2016: Mariya Stadnik Finalda! Növbəti medalımız gəlir!

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Premyer.az xəbər verir ki, bu gün, güləş yarışlarının dördüncü günündə 48, 58 və 69 kq çəki dərəcələrində qadınlar arasında qaliblər müəyyənləşir.

İlk öncə 48 kq çəki dərəcəsində güləşçimiz Mariya Stadnik tatami üzərinə çıxıb.
 
1/8 final mərhələsində Argentinalı Patricia Alejandra Bermudezi 10:0 hesabı ilə darma-dağın edən idmançımız, 1/4 final mərhələsinə yüksəlib.
 
1/4 finalda polşalı Nina İvona Matkovska üzərində 11:0 hesablı möhtəşəm qazanan güləşçimiz yarımfinala yüksəlib.
 
Mariya 1/2 finalda bolqarıstanlı Elitsa Atanasova Yankova üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanaraq Finala vəsiqə qazanmışdır!
 
Finalda idmançımızın rəqibi yaponiyalı Tosaka Eri olacaq. Görüş saat 00:30-da start götürəcək.
766     
Reklam

Reklam