» » » Rio-2016: Yuliya Ratkeviç 1/2 finala yüksəldi!

Rio-2016: Yuliya Ratkeviç 1/2 finala yüksəldi!

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Premyer.az xəbər verir ki, bu gün, güləş yarışlarının dördüncü günündə 48, 58 və 69 kq çəki dərəcələrində qadınlar arasında qaliblər müəyyənləşir.

58 kq çəki dərəcəsində mübarizəyə qoşulan güləşçimiz 1/8 final mərhələsində ukraynalı həmyerlisi Oksana Herhel (UKR) üzərində çox gərgin mübarizədə son saniyələrdə 7:5 hesabı ilə qalib gələrək, 1/4 finala adını yazıdırıb.
 
1/4 finalda kolumbiyalı Jaklin Renteriya Kastillo üzərində 7:3 hesabı ilə inamlı qələbə qazanan Yuliya, yarımfinala vəsiqə qazanıb.
415     
Reklam

Reklam