» » » Rio-2016: Taekvondoçularımızı tanıyaq - Fəridə Əzizova (TƏRCÜMEYİ-HAL)

Rio-2016: Taekvondoçularımızı tanıyaq - Fəridə Əzizova (TƏRCÜMEYİ-HAL)

Bu gün Rio 2016 Yay Olimpiya Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verilir. 64 ölkədən 128 taekvondoçunun qatıldığı Olimpiya Oyunlarında komandamız tam heyətlə təmsil olunur.
 
Premyer.az iki kişi və iki qadın idmançı ilə  mübarizəyə qatılacaq komandamızın üzvləri ilə sizləri tanış edir:
 
Adı / Soyadı: Fəridə Əzizova
Atasının adı: Şıxəmməd
Anadan olduğu tarix: 06.06.1995
Anadan olduğu yer: Qusar, Azərbaycan
Ailə vəziyyəti: subay
 
 
TƏRCÜMEYİ-HAL
 
 
Fəridə Əzizova 1995-ci il iyunun 6-da Qusar rayonunda anadan olmuşdur. 2000-ci ildə orta məktəbə yollanmışdır. 2003-cü ildə isə idmançı kimi taekvondo ilə məşğul olmağa başlamışdır. Cəmi 3 ay sonra o, Yeniyetmələr arasında Azərbayca Birinciliyinin bürünc mükafatçısı olur. Növbəti ildə də eyni nəticəni təkrarlayan Fəridə, bir il sonra ölkə çempionu olur və sonradan yığma komandaya dəvət alır. Hələ 12 yaşı olarkən Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş taekvondo üzrə Yeniyetmələrin Avropa Çempionatını bürünc medalçı kimi başa vurur. Karyerası dövründə bir çox Dünya və Avropa Çempionatlarının və Birinciliklərinin, eləcə də, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşdur. 2012-ci ildə 17 yaşında ikən London Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişdir. 2016-cı ilin yanvarında Türkiyənin İstanbul şəhərində təşkil olunmuş taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin qalibi olmaqla, «Rio 2016 Yay Olimpiya Oyunları»na lisenziya qazanmışdır.
«Bakı 2015 I Avropa Oyunları»nda isə gümüş medal qazanıb və bundan sonra, əldə etdiyi yüksək nəticəyə görə, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il sərəncamına əsasən, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə,  «Tərəqqi» medalına layiq görülüb. Həmçinin, Gənclər və İdman Nazirliyi tərəfindən «idman ustası» fəxri adı ilə mükafatlandırılıb.   
Hazırda ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının «İdman təkmübarizliyi» fakültəsində davam etdirir. 
Ailə tərkibi atası, anası və iki qardaşından ibarətdir. 
    
ƏLDƏ ETDİYİ NAİLİYYƏTLƏR :
Rəsmi idman tədbirləri:
1.      «Bakı 2015 I Avropa Oyunları» (2015-ci il. Bakı, Azərbaycan) - II yer
Böyüklər arasında Dünya Çempionatı ( 2013-cü il. Puebla, Meksika ) - III yer
Gənclər arasında Dünya Çempionatı ( 2012-ci il. Şarm Əl-Şeyx, Misir )- I yer
16-21 yaşlılar arasında Avropa Çempionatı ( 2013-cü il. Moldova, Kişinyov )- I yer
Böyüklər arasında Avropa Çempionatı ( 2014-cü il. Bakı, Azərbaycan) - III yer
Gənclər arasında Dünya Çempionatı ( 2008-ci il. Türkiyə, İzmir )- III yer
Gənclər arasında Avropa Çempionatı ( 2009-cu il. Trelleborq, İsveç )- III yer
Yeniyetmələr arasında Avropa Çempionatı ( 2009-cu il. Zaqreb, Xorvatiya )- I yer
Yeniyetmələr arasında Avropa Çempionatı ( 2007-ci il. Budapeşt, Macarıstan )- III yer
644     
Reklam

Reklam