» » » Rio-2016: Taekvondoçularımızı tanıyaq - Milad Beigi Harçeqani (TƏRCÜMEYİ-HAL)

Rio-2016: Taekvondoçularımızı tanıyaq - Milad Beigi Harçeqani (TƏRCÜMEYİ-HAL)

Bu gün Rio 2016 Yay Olimpiya Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verilir. 64 ölkədən 128 taekvondoçunun qatıldığı Olimpiya Oyunlarında komandamız tam heyətlə təmsil olunur.
 
Premyer.az iki kişi və iki qadın idmançı ilə  mübarizəyə qatılacaq komandamızın üzvləri ilə sizləri tanış edir:
 
Adı / Soyadı: Milad Beigi Harçeqani
Atasının adı: Ağayar
Anadan olduğu tarix: 01.03.1991
Anadan olduğu yer: İran İslam Respublikası, Buşehr şəhəri
Ailə vəziyyəti: subay
 
 
TƏRCÜMEYİ-HAL
 
 
Milad Beigi Harçeqani mart ayının 1-i 1991-ci ildə İran İslam Respublikasının Buşehr şəhərində anadan olmuşdur. Orta məktəb təhsilini bitirdikdən sonra, ali təhsilinə 2012-ci ildə Sepahan Universitetinin Elektronika və Proqramlaşdırma ixtisası üzrə başlamışdır. Həmin universiteti 2015-ci ildə bitirmişdir. 2015-ci ilin əvvəllərindən isə Taekvondo üzrə yığma komandanın heyətinə cəlb olunmuşdur.
«Bakı 2015 I Avropa Oyunları»nda isə qızıl medal qazanıb və bundan sonra, əldə etdiyi yüksək nəticəyə görə, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il sərəncamına əsasən, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə, «Şöhrət» ordeni ilə təltif edilib. 
2016-cı ilin yanvarında Türkiyənin İstanbul şəhərində təşkil olunmuş taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin qalibi olmaqla, «Rio 2016 Yay Olimpiya Oyunları»na lisenziya qazanmışdır...  
 
ƏLDƏ ETDİYİ NAİLİYYƏTLƏR :
Rəsmi idman tədbirləri:
      1.  Böyüklər arasında Avropa Çempionatı –I yer ( 2016-cı il. Montrö, İsveçrə)
      2.  «Bakı 2015 I Avropa Oyunları» – I yer (2015-ci il. Bakı, Azərbaycan)
      3.  Avropa Olimpiya Təsnifat turniri – I yer (2016-cı il. İstanbul, Türkiyə)
      4.  Klublararası Avropa Çempionatı – III yer (2016-cı il. Antalya, Türkiyə)
 
Beynəlxalq turnirlər:
1.      Polish Open (2015-ci il. Varşava, Polşa) – I yer
2.      Russia Open (2015-ci il. Moskva, Rusiya) – I yer
3.      Korea Open (2015-ci il. Çunçeon, Koreya Respublikası.) – I yer
4.      "Ukraine Open Cup” (2015-ci il. Xarkov, Ukrayna.) – II yer
669     
Reklam

Reklam