» » » Rio-2016: Rəsul Çunayev yarımfinalda!

Rio-2016: Rəsul Çunayev yarımfinalda!

Rio-2016: Rəsul Çunayev yarımfinalda!Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulan güləşçimiz Rəsul Çunayev 66 kq çəki dərəcəsində 1/16 finalda Kuba təmsilçisi Martinez Palacio Miguel üzərində 4:2 hesabı ilə çətin qələbə qazanıb.  

Premyer.az xəbər verir ki, 1/8 finalda güləşçimizin rəqibi çox güclü rusiyalı güləşçi İslambek Albiyev olub.
 
Buna baxmayaraq güləşçimiz Olimpiya çempionu olan Albiyev üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanmağı bacarıb!
 
Beləliklə də 1/4 finala vəsiqə qazanan güləşçimizin rəqibi Əlcəzairli Tarek Aziz Benaissa olub. Qarşılaşmanın elə ilk hissəsində 10:2 hesabı ilə qələbə qazanan Rəsul 1/2 finala adını yazdırıb! 
817     
Reklam

Reklam