» » » Rio-2016: Rüstəm Orucovun uğuru Rusiya mətbuatında (VİDEO)

Rio-2016: Rüstəm Orucovun uğuru Rusiya mətbuatında (VİDEO)

Rio-2016: Rüstəm Orucovun uğuru Rusiya mətbuatında (VİDEO)Azərbaycan cüdoçusu Rüstəm Orucovun Rio-2016-dakı uğuru Rusiya  KİV-lərinin də diqqət mərkəzindədir. Premyer.az xəbər verir ki, Rusiyanın İrkutsk Vilayətinin Ust-İlimsk şəhərində doğulub boya-başa gələn Rüstəm, ilk idman addımlarını da məhz bu şəhərədə atıb. Valideyinləri onu idman məktəbinə gətirərək, cüdo seksiyasına yazdırıb.  Rüstəmin ilk məşqçisi olan Aleksandr Koroteyev Rusiya KİV-lərinə açıqlamasında, öz yetirməsi haqqında xoş sözlər deyib.  İdmançımızın uğuru Rusiyanın aparıcı TV kanallarında da işıqlandırılıb. Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Olimpiadasının gümüş medalını qazanaraq, ölkəmizə bu mötəbər yarışda ilk medalı gətirib.
 
861     
Reklam

Reklam