» » » Rüstəm Orucov Rio-2016 Olimpiadasında ölkəmizə Gümüş medal gətirdi!

Rüstəm Orucov Rio-2016 Olimpiadasında ölkəmizə Gümüş medal gətirdi!

Bu gün Rio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarında medal ümidlərimizdən olan Rüstəm Orucov mübarizəyə başlayıb.  
Premyer.az xəbər verir ki, 1/16 mərhələsində cüdoçumuzun rəqibi Qazaxıstanlı Didar Kamza olub.  Əzmkar qələbə qazanan Rüstəm, adını 1/8 finala yazdırıb.
 
1/8 mərhələdə idmançımızın rəqibi avstraliyalı Jake Bensted olub və Rüstəm bu görüşdə ipponla rəqibi üzərində qələbə qazanıb.
 
1/4 finalda macarıstanlı Niklos Unqvari ilə görüşən Rüstəm, 3 xəbərdarlıq almasına baxmayaraq, vazari ilə qələbə qazanmağı bacarıb!
 
1/2 final qarşılaşmasında İsrailli Muki Sagi üzərində qələbə qazanan Rüstəm, finala çıxmaqla ölkəmizə ilk medalı təmin etdi.

 
Finalda Rüstəmin rəqibi Yaponiyalı Shohei Ono oldu. İpponla rəqibinə məğlub olan cüdoçumuz ölkəmizə Rio Olimpiadasında ilk medalı gətirdi - Gümüş medal! İdmançımızı təbrik edirik!
1074     
Reklam

Reklam